Haqqımızda

Bakının mərkəzində kiçik bir Gürcüstan – NANİ Georgian House

Gürcülər belə deyirlər: əgər sən heç kimə aşiq deyilsənsə, deməli yeməyə aşiqsən . Bu iki rəqib arasında gedən mübarizədə ( sevdiyi insan və dadlı yemək ) bir çox hallarda yeməyin uduzduğunu deyə bilmərik. Gürcüstan demək şərab və kabab, şirin dillilik və qonaqpərvərlik deməkdir. Gürcülər deyir ki, “İnsanı anlamaq istiyirsənsə, onunla süfrə arxasında əyləş”. Biz Gürcüstanı Bakıya gətiririk və restoranımızın qonaqlarına göstəririk ki, gürcülərə nəinki zamanın necə dondurmağın mümkünlüyü, həm də insan ömrünü necə uzatmağın yolları məlumdur. Gürcü qonaqpərvərliyi ən yüksək həddə çatır, əliaçıqlıq və alicənablıq abu-havası heç bir yerdə süfrə arxasında olduğu qədər özünü büruzə vermir.

Bakıda 17 ildir ki, uğurla fəaliyyət göstərən Georgian House restoranının sahibəsi Nani xanım kiçik Georgian House restoranını bağlayır və geniş, işıqlı, qədim üslubda bəzədilmiş, gözəl bir mühitlə əhatə olunmuş möhtəşəm - NANİ Georgian House restoranın qapılarını şəhərimizin sakinləri və qonaqlarının üzünə açıq elan edir.

Menyumuzdakı bütün yeməklər qədim Gürcü reseptləri əsasında hazırlanır. Bütün ərzaqlarımız Gürcüstandan gətirilir, təzə və ekoloji cəhətdən təmizdir.

Menyumuzun hər bir bölməsinə Gürcüstanın müxtəlif bölgələrindən xüsus dəvət olunmuş gürcü ustaları cavabdehdir. Restoran mətbəxiimizin əsas özəlliyi ət yeməklərin seçimində məhdudiyyətlərin olmamasından ibarətdir. Bizdə ət bişirməyi xoşlayırlar və bacarırlar. Burada hər şey qurmanlara görə nəzərə alınıb. Müştərilərimizə tək gürcü yeməklərini deyil, həm də gürcüsayağı bəzədilmiş ənənəvi Avropa yeməklərini də təklif edirik.

Manqal menyumuz - əfsanəvi Gürcü şiş kababı, burada 7 növ təqdim olunur. Restoranımızın daha bir fəxri 4 növ lülə kababının hazırlanmasıdır: qoyun ətindən, hindtoyuğu , donuz əti, mal əti. Şəhərimizin digər gürcü restoranlarından fərqli olaraq bizdə qədim reseptlər əsasında hazırlanan kuçmaçi (toyuq iççalatı) , kançi (dana baldırı) ,ciqo (tərəvəzli qoyun qabırğası), zutxi, acikalı dana qabırğası, qara şərabda dana, saxsı qabda raqu - bu yeməklərin aid olduğu bölgələrdən dəvət olunmuş ustalar tərəfindən hazırlanır. Müştərilərimizin istəkləri nəzərə alınaraq yeməklərimizdə donuz, qoyun və ya mal əti istifadə oluna bilər. Təbii ki, Gürcüstan mətbəxinin əfsanəsi olan , Bakının ən ləzzətlisi olmağa iddialı Gürcü xəngəlimizi qeyd etməsək olmaz.

Ət yeməyi sevməyən müştərilərimiz üçün balıq yeməklərinin böyük seçimini təqdim edirik. Şefimiz tərəfindən hazırlanan göl alabalığı nar şirəsində, göl alabalığı qoz sousunda, qoz sousunda qızılbalıq, naqqa balığı və daha çox balıq növlərindən hazırlanmış müxtəlif gürcü yeməkləri müştərilərimizin ixtiyarındadır.

Soyuq qəlyanaltılarımızdan Raçin bölgəsinə aid lobya, Mçxetsk bölgəsinə aid lobyamızın ləzzəti sizi heyran edəcək.

Restoranın şərab çeşidi isə qonağı yaxşı şərabsız qoymaz. Bundan başqa, burada həm milli içkilərin: gürcü çaçası - əlli dərəcəli araq, saxlanılmış konyaklar, həm də klassik alkoqolun dadına baxa bilərsiniz. Burada Sizə gürcü mənbəyindən çıxarılan mineral su – Borjomi və hətta gürcü limonadını təklif edəcəklər. Bunların hamısı ən qədim milli mətbəxlərdən biri olan mətbəxin müstəsna təbiiliyini və aldadıcı sadəliyini vurğulayır.

Xüsusi qeyd etmək lazımdır ki, məkanımızın rəhbəri və bütün əsas işçi heyəti Gürcüstanlılardır. Məkanımızda Gürcüstandan dəvət olunmuş xorlar, qruplar, rəqqaslar müştərilərimizin əhvalını hər zaman yüksəldəcəklər. Restoranımızın rəhbərliyi təkcə mükəmməl gürcü mətbəxi ilə kifayətlənməyib, həm də gürcü abu-havası yaratmağa çalışmışlar.Buna görə də müştərilərimiz bizim məkanda özlərini sanki Gürcüstandakı kimi hiss edəcəklər. Burada dostlarınızla birlikdə unudulmaz axşamlar keçirə bilərsiniz, bundan başqa, Sizin üçün əhəmiyyətli olan toy, yubiley və ya korporativ tədbirləri qeyd edə bilərsiniz. Yüngül tematik əlamətli rahat zal 50 nəfərədək qonaq qəbul edə bilər. Yüksək hazırlıqlı və nəzakətli işçi heyəti, canlı musiqi olan restoranda vaxt keçirməyinizin rahat olması üçün hər şey edəcək. Gülərüz ofisiantlar yubanmadan sifarişinizi çatdıracaqlar və səliqəli şəkildə masanı hazırlayacaqlar

Restoranımızda Sizi görməyə çox şad olacağıq!

Biz nə təklif edirik

1

Səmimiyyət
Müştərilərimizə qarşı səmimi və xoş rəftarımız bizim əsas iş prinsipimizdir. Restoranımızın rəhbərliyindən tutmuş, bütün işçilərimizin səmimi rəftarı Sizi heyran edəcək. Səmimiyyət və mehribanlığın sözün əsl mənasında fərqinə Nani Georgian Houseda varın.

2

Qonaqpərvərlik
Əsl Gürcü mətbəxi nədir? Bu kökləri min illiklərə söykənən qədim və gözəl ölkənin qonaqpərvərlik ənənəsidir. Bakının mərkəzində əsl Gürcü qonaqpərvərliyi ilə Nani Georgian Houseda tanış olacaqsınız. Gürcü atalar sözündə deyildiyi kimi “Qonaq Allahın elçisidir”. Biz də bu atalar sözünə sadiq qalaraq, Allahın göndərdiyi hər bir qonağımıza fərdi və xüsusi yanaşırıq.

3

Təbiilik
Bütün yeməklərimizdə istifadə olunan tərəvəzlər, xüsusi ədvalar, ərzaqlar Gürcüstandan gətirilir. Yeməklərimizə əlavə qatqılar vurulmur, dəyərli müştərilərimizə tam təbii Gürcü yeməklərinin dadı çatdırılır.

4

Əyləncə
Restoranımızda keçirdiyiniz vaxtı yadda qalan və əyləncə dolu etmək bizim əsas vəzifəmizdir. Biz işimizi zövqlə əyləncəyə çeviririk. Gürcüstandan dəvət olnumuş ifaçılarımız, rəqqaslarımız ömrünüzə xoş və yadda qalan anlar əlavə edəcəklər.